Kubadakı təyyarə qəzasının - detalları+yenilənib

kubadaki-teyyare-qezasinin
Oxunma sayı: 1568

Kubada baş verən təyyarə qəzasının detalları məlum olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hava limanına qayıtmaq istəyən “Boeing 737” elektrik naqillərinə çırpılıb. Havanadan Olqinə uçan layner nəticədə yerə düşüb və alışıb.

Göyərtədə olan 105 sərnişindən 101-i ölüb, 4-ü isə yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Sərnişinlər arasında 5 uşaq, 9 ekipaj üzvü olub.

1979-cu ildə istehsal olunan təyyarənin texniki nasazlıq səbəbindən də düşə biləcəyi ehtimal edilir.

***

Kuba mətbuatının yazdığına görə, təyyarənin göyərtəsində 113 nəfər olub. Onlardan 104-ü sərnişinlərdir. 

Nuranə