Kubokun finalçıları cəzalandırıldı: “Neftçi” və “Bakı”

kubokun-finalcilari-cezalandirildi-neftci-ve-baki
Oxunma sayı: 632

“Qafqazinfo”nun qurumun saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan kubokunun final görüşündə baş verənlər də müzakirə olunub və aşağıdakı qərarlar çıxarılıb:

Azərbaycan Kubokunun finalının “Neftçi” – “Bakı” matçının 8-ci dəqiqəsində “Bakı” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.

Matçın 9-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 82-ci dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur .
Matçın 82-ci dəqiqəsində “Bakı” klubunun nümayəndəsi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.