Kübra Dadaşovanın ölüm səbəbi bilindi - Əməliyyatdan sonra...

Kübra Dadaşovanın ölüm səbəbi bilindi
Oxunma sayı: 8838

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Qafqazinfo” xəbər verir ki, həkimlərin əməkdar artistə iltihablı şəkər yarası xəstəliyi, kapilyarlar və qan-damar keçməzliyi diaqnozu qoyduğu məlum olub.

Aktrisa 2 saylı Sumqayıt şəhər xəstəxanasında 11 fevral tarixində əməliyyat olunub. Dadaşova əməliyyatdan bir gün sonra komaya düşüb, ayılmayıb və dünyasını dəyişib. Hətta, əməkdar artistin daha əvvəl bir neçə əməliyyat keçirdiyi və iki ayaq barmağının amputasiya olunduğu bildirilib.

Kübra Dadaşovanın yaxın rəfiqəsi, aktrisa Təhminə Dadaşova sosial şəbəkədə onunla son dialoqu barədə paylaşım edib.

Aktrisa bildirib ki, Dadaşova əməliyyat olunmağa məcbur olub:

“Əməliyyatdan bir gün öncə səhərdən axşama kimi yanında oldum. Ürəyim partlayırdı. Dedim, bəlkə əməliyyatdan imtina edəsən? Tərs idin, çox tərs.... Heç vaxt sözümə qulaq asmırdın. Öz bildiyini edirdin.

Dedin, əməliyat etməsəm, bir gün, ya bir neçə gün sonra həyatım qırılacaq. Bu dəfə möhkəm ilişmişəm və bundan qaça bilməyəcəm. Ya öləcəyəm, ya da daha pis olacam…Odur ki, əməliyyata razılaşmalıyam.
Dedim, özün bilən məsləhətdir. Kaş deməyəydim, qoymamaydım.
Həmin gün evə gəldim. Və səndən zəng gəldi. Çox sakit və qəmli bir səslə dedin : “Mişka, qorxuram, nəsə çox qorxuram”.

Gecə gəldim yanına. Dedim, bəlkə imtina edəsən, dedin yox, bu dəfə son şansımdır.

Dedim, nə qərar versəm bil ki, səninləyəm. Sonra səni qucaqladım. Beləcə gecə saat üçə kimi sən qucağımda mürgülədin”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi