Küçədə adam öldürən şəxsin məhkəməsi başlayır

kucede-adam-olduren-sexsin-mehkemesi-baslayir
Oxunma sayı: 1083

Bakıda qətl törədən 22 yaşlı gəncin məhkəmə istintaqına start verilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib.

1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. K.Səttarlı həbs edilib.

Onun barəsində 6 ay davam edən istintaq artıq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Murad Əhməd