Kukla Teatrına yeni direktor təyin olundu

kukla-teatrina-yeni-direktor-teyin-olundu
Oxunma sayı: 2445

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, teatrda aktrisa kimi fəaliyyət göstərən Mahirə Haqverdiyeva teatrın direktoru vəzifəsinə təyin olunub. Məlumata görə, 1978-ci ildə anadan olan Mahirə Haqverdiyeva 1997-ci ildən teatrda aktrisa vəzifəsində çalışıb.
 
Qeyd edək ki, teatrın əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl dünyasını dəyişib.