Kukla ustaları Bakıya gələcək

kukla-ustalari-bakiya-gelecek
Oxunma sayı: 687

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sərginin rəsmi açılış mərasimi 2011-ci il noyabr ayının 4-də saat 18:00-da keçiriləcək.

I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi – etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etməkdən ibarətdir. Biennaledə dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edəcək.

Sərgi çərçivəsində noyabrın 8-də Muzey Mərkəzinin Akt zalında, kukla sənətinin problemləri üzrə “Kuklanın ikinci nəfəsi” adlı konfrans da keçiriləcək.

Nigar Məmmədli