Külək Bakıda məktəbin dam örtüyünü uçurdu - Fotolar

kulek-bakida-mektebin-dam-ortuyunu-ucurdu
Oxunma sayı: 5234

Bakının Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbin dam örtüyünü külək dağıdıb. 

“Qafqazinfo” “Afn.az”a istinadən xəbər verir ki, məktəbdə dağıntı bu gün təxminən saat 16:30 radələrində qeydə alınıb.

Məktəbin direktoru Sabir Mahmudov faktı təsdiqləyib. O bildirib ki, hadisə baş verən vaxt məktəbdə özü və təsərrüfat müdiri olub: “Şükür ki, heç kimə xəsarət dəyməyib. Təhsil nazirimiz Ceyhun Bayramov vaxtında dərslərin təxirə salınması haqda əmr imzaladı. Əgər həmin vaxt dərs olsaydı, böyük faciə yaşana bilərdi. Uşaqların dərsdən çıxan vaxtı idi. Hadisə də elə yerdə baş verib ki, dərsdən çıxan şagirdlər həmin yerdə toplaşırlar. Bu baxımdan, sevindirici haldır ki, dərs olmadı”.