Külək evləri dağıtdı - Tovuzda

kulek-evleri-dagitdi
Oxunma sayı: 642

Güclü külək Tovuz rayonunda fəsadlar törədib.

“Qafqazinfo” "Report"a istinadən bildirir ki, təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.

Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.

Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.