Külək sabah mülayimləşəcək

kulek-sabah-mulayimlesecek
Oxunma sayı: 654

Güclü şimal küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 22-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli