Külli miqdarda pul mənimsəyən şəxs barəsində cinayət işi açılıb

kulli-miqdarda-pul-menimseyen-sexs-baresinde-cinayet-isi-acilib
Oxunma sayı: 1235


“Qafqazinfo” xəbər verir ki, araşdırma nəticəsində müəyyən edilib ki, V.İsgəndərov müraciət müəllifinin etibarından sui-istifadə edərək onu mövcud olmayan 9 saylı Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyi adı ilə 29.0 min manat məbləğində pul vəsaitini ələ keçirmiş və ona həmin vəzifəyə təyin olunması haqqında saxta əmrdən çıxarış təqdim edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.