Külli miqdarda siqaret aşkarlandı

kulli-miqdarda-siqaret-askarlandi
Oxunma sayı: 635

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.