Külli miqdarda siqaret və araq müsadirə olundu

Külli miqdarda siqaret və araq müsadirə olundu
Oxunma sayı: 826

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Şərab evi” adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal zəruri əməliyyat tədbirləri keçirilib. Nəticədə həmin ticarət obyektinə keçirilmiş baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rəhman Nəriman oğluna məxsus müvafiq aksiz markaları ilə markalanmamış külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilərək götürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi