Külli miqdarda valyutanı ölkədən çıxarmaq istədi

kulli-miqdarda-valyutani-olkeden-cixarmaq-istedi
Oxunma sayı: 635

Hədəflənmə və risk faktoru əsasında  müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi  “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil  yoxlamadan keçirilib.

Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.