Kunq-Fu Federasiyası Heydər Əliyevin xatirəsini yad edib

kunq-fu-federasiyasi-heyder-eliyevin-xatiresini-yad-edib
Oxunma sayı: 1575

Azərbaycan Kunq-Fu Federasiyası müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar ulu öndərin əziz xatirəsini yad edib.

Federasiyası rəhbərliyi, İdarə Heyəti və bir sıra idmançılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Rəhbərlikdən daxil olan məlumatda deyilir:

“Milyonların qəlbində ölməzlik məşəli yandıran, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi bəxş edən, dahi şəxsiyyətin nurlu ruhu qarşısında hörmətlə baş əyirik!”