““Kupça”lı ev tələb etmələri məntiqli deyil” - Video

““Kupça”lı ev tələb etmələri məntiqli deyil”
Oxunma sayı: 3036

 Nəsimi rayonu, Səməd Vurğun 69 ünvanında yerləşən binanın bir neçə sakini “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, yaşadıqları evi söküb yerində hündürmərtəbəli bina tikmək istəyirlər və onlara da tikiləcək binadan mənzil təklif edilir:

Lakin sakinlərdən bir qrupu şirkətlə razılığa gələ bilmədiklərini qeyd ediblər. Onlar iddia edirlər ki, sözügedən bina dpilot layihə çərçivəsində sökülmür.

Tikintini həyata keçirən “Pilot İnşaat A” şirkətinin hüquqşünası Fazil Ləzgiyev “Qafqazinfo”ya açıqlamasında iddialara cavab verib:

“Nazirlər Kabinetinin 2016-ci il 25 fevral tarixli 86 saylı qərarına əsasən Bakının 9 rayonunda, həmçinin Nəsimi rayonunda da pilot layihələr həyata keçirilir. Nəsimi rayon İcra Hakimiyyətinin 3 noyabr 2016-cı il arixli 208 saylı sərəncamına əsasən, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud tikililərin sökülərək yerində yeni binaların inşa edilməsi “Pilot İnşaat A” şirkətinə həvalə edilib. 

F.Ləzgiyev qeyd edib ki, müqavilələrdə rayon icra hakimiyyəti tərəf kimi çıxış etmir: “Lakin şirkətimiz icra hakimiyyəti ilə müqavilə imzalayıb və öhdəlik götürüb”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi