Kür bulandı

kur-bulandi
Oxunma sayı: 651

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, suyun həddən artıq bulanıq olması ilə əlaqədar (emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir) 11 iyul 2012-ci il tarixində Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək. Bu səbəbdən gün ərzində Hacıqabul şəhəri və rayonun kəndlərinə, həmçinin Bakı şəhəri Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq.

Nigar Məmmədli