Kür çayında 11 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib

kur-cayinda-11-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 2428

Kür çayında naməlum meyit aşkarlanıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.