Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

kurde-batan-21-yasli-gencin-meyiti-tapildi
Oxunma sayı: 1411

Kür çayının Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Məmmədov Məzahir Qabil oğlu batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu M.Məmmədovun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.