Kürdə batan şəxsin meyiti tapıldı

kurde-batan-sexsin-meyiti-tapildi
Oxunma sayı: 1146

Dünən Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1976-cı il təvvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun axtarışları başa çatıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, A.Hüseynovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.