Kürdə batan var

kurde-batan-var
Oxunma sayı: 1489

Kür çayında bir nəfərin batdığı ehtimal edilir.

“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.