Kürdəmir və Lənkəranda dindarların konfransı olub

kurdemir-ve-lenkeranda-dindarlarin-konfransi-olub
Oxunma sayı: 645

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Kürdəmir şəhərində din xadimlərinin və ağsaqqalların iştirakı ilə “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirib. Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi tövhələrdən geniş söhbət açılıb.

Dövlət Komitəsi eyni mövzuda Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində “Dəyirmi masa”, Ağcabədi rayonunda ağsaqqalların və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirib.

Qeyd edək ki, “Sülh aylığı” çərçivəsində analoji tədbirlərin Respublikamızın digər regionlarında da keçirilməsi planlaşdırılır.

Bundan başqa Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına (MFP) uyğun olaraq Dini Qurumlarla İş üzərə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 1, 2, 4, 6, 7, 9, 10, 11, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycanda İslam ənənələri”, “İslamda əxlaq”, “İslamda intihara münasibət” və s. mövzularda əlavə tədbirlər keçirib.