Kürdəmirdə “ASAN xidmət” mərkəzi tikiləcək - Sərəncam imzalandı

kurdemirde-asan-xidmet-merkezi-tikilecek
Oxunma sayı: 2564

Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.