Kürdəmirdə iş adamı arvadını güllələyib - Təfərrüat

Kürdəmirdə iş adamı arvadını güllələyib
Oxunma sayı: 3115

Kürdəmir rayonunda silahlı insident baş verib.

“Qafqazinfo” Publika.az-a istinadən xəbər verir ki, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən - əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Q.Salayeva ailədəki söz-söhbətlər səbəbindən bir neçə gün əvvəl anasının yanına köçüb. Son vaxtlar əsəbləri yerində olmayan Şahin Kərimov dünən silah götürərək həyat yoldaşını geri qaytarmağa gedib və burada münaqişə yaranıb.

Nəticədə, Ş.Kərimov odlu silahla həyat yoldaşına atəş açıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, hadisəni törədən şəxs Kürdəmirdəki restoranlardan birinə rəhbərlik edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi