Kürdəmirdə narkotik satan 19 yaşlı qız tutuldu

kurdemirde-narkotik-satan-19-yasli-qiz-tutuldu
Oxunma sayı: 937

Kürdəmir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı rayonun Xırdapay kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədova Süsən Rafael qızı narkotik vasitə ticarəti ilə məşğul olarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.