Kürdəmirdə taxıl sahələri yanıb - Yenilənib

kurdemirde-taxil-saheleri-yanib
Oxunma sayı: 1847

Kürdəmir rayonunda taxıl sahələri yanır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarının rayonun  İsmayıllı kəndində baş verib. Biçilməmiş taxıl sahələrində yanğın başlayıb. Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmaması üçün müvafiq qurumlar tərəfindən işlər görülür.

Kürdərmir və Ağsu rayonunun yanğınsöndürənləri əraziyə cəlb olunub.

***

Taxıl və otlaq sahəsində baş verən yanğın söndürülüb. Alov daha çox otlaq ərazini əhatə edib, ərazidə olan bir ton bağlama press yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində ətrafda olan taxıl sahələri və biçilməmiş otlaq əraziləri yanğından mühafizə olunub.

Rəşad Türkoğlu