Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirildi

Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirildi
Oxunma sayı: 513

Dünən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Karrar, Ərşəli və Garıs Əyribənd kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şəhid Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbində keçirilən qəbuldan əvvəl məktəbin həyətində Şəhid Cəlal Cavadovun əziz xatirəsinə inşa edilmiş bulaqın açılışında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov iştirak etdi. Şəhidin ailəsi ilə səmimi söhbət edən İcra Başçısı onların problemləri ilə maraqlandı. Şəhidin anası Mansura Cavadova onlara eləcə də bütün şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Ölkə Başçısına ailəsi adından minnətdarlığını bildirdi.

Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlərin görüldüyünü bildirib, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.

Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi