Kürdən 15 yaşlı gəncin meyiti tapıldı

kurden-15-yasli-gencin-meyiti-tapildi
Oxunma sayı: 640

Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:01-də başa çatıb.