Kürdəxanı yolunda daha bir ölüm hadisəsi

kurdexani-yolunda-daha-bir-olum-hadisesi
Oxunma sayı: 2461

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, analoji hadisə ötən ay da yaşanmışdı. İlhamə İslamova adlı piyada yolu keçmək istəyərkən  müəyyən edilməmiş avtomobillə vurularaq öldürülmüşdü.