Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

kurdexanida-yolu-kecen-piyadani-masin-vurdu
Oxunma sayı: 1532

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İlhamə İslamova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.