Kürdlər Kərkükə qayıdır

kurdler-kerkuke-qayidir
Oxunma sayı: 2605

Kərkükdə nəzarətin İraq hökumətinə keçməsindən sonra şəhərdə həyat normal vəziyyətinə dönüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün öncə İraq ordusu Kərkükə daxil olanda şəhəri tərk edərək Ərbil və Süleymaniyəyə gedən kürdlər artıq qayıtmağa başlayıblar.

Kərkükün girişlərində qurulan nəzarət mənqətələrində geri qayıdanlar qeydiyyata alınıb və şəhərə daxil olmalarına icazə verilib. Lakin, Kərkükə yeni gələnlər təhlükəsizlik səbəbindən şəhərə buraxılmayıblar.