Kürdlərə ayrılan büdcə azaldıldı

Kürdlərə ayrılan büdcə azaldıldı
Oxunma sayı: 850

İraqda mərkəzi hökumət 2018-ci ilin büdcə layihəsində İraq Kürd Regional Rəhbərliyi (İKRR) üçün ayrılan payın 5 faiz ixtisar edilməsini planlaşdırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 2004-cü ildən bəri İKRR üçün nəzərdə tutulan 17 faizlik pay 12,67 faizə düşürüləcək.

Parlamentdəki kürd millət vəkilləri yeni büdcə layihəsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, 19 milyard dollar kəsirlə 91 milyard dollar planlaşdırılan büdcə, əsasən 3,8 milyon barel gündəlik neft ixracına əsaslanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi