Kürdlərin anti-Azərbaycan konfransı

kurdlerin-anti-azerbaycan-konfransi
Oxunma sayı: 640

İran müxalifətinin Çexiyanın paytaxtı Praqada keçirdiyi və İranda etniklərin problemlərinə həsr edilən konfrans nəticəsiz yekunlaşıb. “Qafqazinfo”nun AzNews.az-a və İran mətbuatına istinadən xəbər verir ki, kürd siyasi qruplarının geniş şəkildə təmsil edildiyi konfransda sayına görə ölkə əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri iştirak etməyib.

Azərbaycanlıların iştirakı olmadan keçirilən tədbir “Demokratiya uğrunda birlik” adı altında təşkil olunub.

Müxalifət təmsilçisi Mehran Bərati öz çıxışında İranın Kürdüstan bölgəsində gərginliyi aradan qaldırmaq üçün İlam bölgəsindən Urmuya qədər Kürdüstan əyalətinin yaradılmasını çıxış yolu kimi göstərib.

Konfransda yenə də farsların hegomunluğuna şərait yaradan qətnamə kürd və bəluç müxalifətinin nümayəndələri tərəfindən qəbul edilməyib.

İran Kürdüstanının Demokrat Partiyası və kürd siyasilərinin iştirak etdiyi Milli Kimlik Müdafiəsi Komitəsi konfransın yekun qətnaməsini qəbul etmədiklərinə dair açıqlama veriblər.

Azərbaycanlılar tərəfindən konfransda iştirak etdikləri bildirilən Zia Sədr Əşrafi və Həsən Şəriətmədari isə konfansın gedişatı barəsində heç bir fikir bildirməyiblər.