Kürdlərin prezident və parlament seçkiləri təxirə salındı

kurdlerin-prezident-ve-parlament-seckileri-texire-salindi
Oxunma sayı: 1337

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Mərkəzi Seçki və Referendum Komissiyası bölgədə iki həftə sonra keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqəli hazırlaqların təxirə salındığını açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bəyanatda 1 noyabrda keçirilməsi nəzərdə tutulan prezident və millət vəkili seçkilərinin təxirə salınması bölgədə baş verən son hadisələrlə əlaqələndirilib.

Bundan başqa, vəzifələr üçün heç bir namizədin müraciət etməməsi də bu qərarı almağa vadar edib.

Xatırladaq k, İKRR sədri Məsud Bərzani seçkilərin noyabrın 1-də keçiriləcəyini elan etmişdi.