Kürdlərin referendumu rəsmən başladı

kurdlerin-referendumu-resmen-basladi
Oxunma sayı: 1963

İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirəcəyi müstəqillik referendumu çərçivəsində online səsverməyə start verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk səsvermə saat fərqinə görə Çində başlayıb.

Məlumata görə, digər ölkələrdən yaşayan kürdlər də bu gündən etibarən online səsvermədə iştirak edə bilərlər.

Qeyd edək ki, başda Türkiyə olmaqla, bir çox dövlət və beynəlxalq qurumların təzyiqlərinə baxmayaraq, Məsud Bərzani referendumun keçiriləcəyini açıqlayıb.