Kürəkən evi gülləbaran etdi - 5 ölü, 4 yaralı + Video

kureken-evi-gullebaran-etdi
Oxunma sayı: 9142

Türkiyənin Aydın rayonunun Nazilli qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Mustafa Duran adlı şəxs işlədiyi mağazanın boşaldıldığını və kilidinin dəyişdirildiyini görüncə, boşanma mərhələsində olduğu həyat yoldaşının qardaşı ilə qaldığı evə yollanıb.

Yanında iki tüfəng də aparan M.Duran evdə olan 9 nəfəri gülləbaran edib.

O, həmin an qonaq olan həyat yoldaşının qonşusu Mehmet Kahya və həyat yoldaşı Filiz Kahya, yeznəsi Bekircihan Karakılıç və həyat yoldaşı Əminə Özləm Karakılıç, digər yeznəsi Birol Karakılıçı öldürüb.

M.Duran həyat yoldaşı Tülin, qızı Tuğçenur, yeznəsinin həyat yoldaşı Serpil Karakılıç və qızı Şükranı isə yaralayaraq hadisə yerindən qaçıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıları xəstəxanaya yerləşdirib.

Cinayətkarın tapılması üçün axtarış aparılır.