Kürəkən qayınatasını bıçaqladı

kureken-qayinatasini-bicaqladi
Oxunma sayı: 1575

Tovuzda bıçaqlanma olub.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdıü Quliyev Hüseyn Qəndəhər oğlu döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O əməliyyat oıunub, vəziyyətinin kafi olduğu bildirilir.

H. Quliyevin ailə münaqişəsi zəminində kürəkəni (qızının yoldaşı) tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.