Kürəkənini bıçaqlayan məhkəmə zalında həbs edildi

kurekenini-bicaqlayan-mehkeme-zalinda-hebs-edildi
Oxunma sayı: 891

Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

İstintaq dövründə məntəqə tipli cəzaçəkmə müəssisəsində olan G.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib və o məhkəmə zalında həbs edilib.

G.Hüseynov isə bıçaqladığı Rəfael İsmayılovla barışdığını bildirib. Proses martın 30-da davam etdiriləcək.

Murad Əhməd