Kurort şəhərini su basdı

kurort-seherini-su-basdi
Oxunma sayı: 1203


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, bir necə saat ərzində ikiaylıq normadan artıq yağntı qeydə alınıb. Şəhərin müxtəlif rayonlarında təxminən 600 ev su altında qalıb, 300-ə yaxın sakin evlərindən köçürülərək müvəqqəti məntəqələrdə yerləşdirilib. Soçidə işıq və su təchizatı dayandırılıb.

Hazırda dəmir yolu və hava limanının fəaliyyəti bərpa edilib. Xilasedicilər güclü yağışdan sonra sel və torpaq sürüşməsi olacağını istisna etmirlər.