“Kurtlar Vadisi”nin aktyoru bizim filmdə

kurtlar-vadisinin-aktyoru-bizim-filmde
Oxunma sayı: 821

Bu oyuncu artıq 2 ilə yaxındır ki, serialda Polatın bölgə kəşfiyyat rəhbəri rolunu oynayan aktyor Emin Ersindir.

Bu barədə “Qafqazinfo”ya məlumatı Türkiyədə aktyorluqla məşğul olan Murat Fetullah verib. Yaxın günlərdə aktyorun Bakıya gələcəyini deyən Murat deyib: “Əslən Türkiyənin Adana bölgəsindən olan aktyor Azərbaycan teleserialından gələn dəvəti müsbət qarşılayıb. Çünki onun Azərbaycana böyük sevgisi var. Azərbaycanı çox bəyənir. Hansı teleserialda rol alacağını isə hələ açıqlamaq istəmirik. Yaxın günlərdə hər kəs bunu biləcək”.

Aynur Babayeva