“Kurtlar Vadisi”nin aktyoru nişanlandı

“Kurtlar Vadisi”nin aktyoru nişanlandı
Oxunma sayı: 205

Milli.Az xəbər verir ki, Murad məlumatı təsdiqləsə də, şəxsi həyatında üç gün öncə baş verən bu xoş hadisənin detallarını açıqlamaq istəmədi: "Adından da göründüyü kimi, bu, özəl həyatdır. Və mən istəmirəm ki, şəxsi həyatımla gündəmdə olum. İnşallah, böyüklərimin xeyir-duasını almaq üçün vətənimə gəlirəm. 20 noyabrda Bakıdayam, amma tək gəlməyəcəm, "Kurtlar Vadisi Pusu" serialında rol alan Emin Ersin Sevindik qonağım olacaq. O, yerli seriallarımızdan birində rol almaq təklifi alıb. İnşallah, razılıq əldə olunsa, bu barədə də sizə məlumat verəcəyəm".

Qeyd edək ki, 12 ildir Türkiyədə "Azəri oğlu Murad" kimi yaşayıb fəaliyyət göstərən istedadlı aktyor qardaş ölkənin teatr xadimləri - Müjdat Gezen, Sümer Tilmaç, Yılmaz Erdoğandan dərslər alıb.

Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav", "Kurtlar vadisi" kimi baxımlı türk seriallarında rol alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi