“Kurtlar Vadisi”nin “Bulut”u Bakıda - Foto

kurtlar-vadisinin-bulutu-bakida
Oxunma sayı: 4096

Məşhur türk serialı “Kurtlat Vadisi” nin “Bulut”u, aktyor Hüseyn Avni Danyal Bakıda səfərdədir. 

“Qafqazinfo” xəbər verir ki, aktyor Bakı səfəri haqda Musavat.com-un əməkdaşına danışıb:

“Bakıya dünən gəlmişəm, artıq sabah geri dönəcəm. Səfərimin məqsədi bir televiziya proqramı ilə əlaqədardır. Haqqımda bir veriliş hazırlanacaq. Çəkilişlər bitdikdən sonra gedəcəm”.

Hüseyn Avni Danyal Bakı ilə bağlı təəssüratlarını bu cür bölüşüb:

“Bakını çox bəyənirəm. 4 il öncə də bura gəlmişdim. Hər gələndə də Qız Qalasını ziyarət edirəm, onun içərisini gəzmək çox xoşuma gəlir”. 

Daha çox “Kurtlar vadisi” serialından məşhurlaşan aktyor yeni seriallara çəkiləcəyini də açıqlayıb:

“Yeni seriallar olacaq. Lakin onların adlarını deyiləcək duruma gəlməmişik, danışıqlar aparılır”.