Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb

kurun-qiraqkesemen-menteqesinde-suyun-seviyyesi-artib
Oxunma sayı: 644

Tranzit çaylara gəlincə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda məntəqədə su sərfi 165 m3/s, ongünlük normanın 98 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 148 m3/s və ongünlük normanın 88 faizini təşkil edib.

Oktyabrın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 62 faizinə bərabər olub.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Bankədə 6 sm azalma, Şirvanda və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm (2011-ci il oktyabrın 15-də 407 sm), Şirvanda 168 sm (2011-ci il oktyabrın 15-də 295 sm ), Salyanda 160 sm (2011-ci il oktyabrın 15-də 307 sm), Bankədə 201 sm (2011-ci il oktyabrın 15-də 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2011-ci il oktyabrın 15-də 183 sm) təşkil edir.

Nigar Məmmədli