Kürün səviyyəsi ötən ildəkindən artıb

kurun-seviyyesi-oten-ildekinden-artib-
Oxunma sayı: 648

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir (2011-ci ildə 123 m3/s olmaqla 72 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san olmaqla, ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).

Kür çayının aşağı axınındakı vəziyyətə gəlincə, hazırda Surra məntəqəsində suyun səviyyəsi 623 sm (2011-ci il fevralın 20-də 582 sm), Şirvanda 512 sm (2011-ci il fevralın 20-də 467 sm ), Bankədə 341 sm (2011-ci il fevralın 20-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2011-ci il fevralın 20-də 300 sm) təşkil edir.


Nigar Məmmədli