Kütləvi davada 3 nəfər bıçaqlandı

kutlevi-davada-3-nefer-bicaqlandi
Oxunma sayı: 1235

Neftçalada kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə, kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.