“Kütləvi etirazlara başlayın” - Dünya müsəlmanlarına çağırış

kutlevi-etirazlara-baslayin
Oxunma sayı: 2738

Dünya Müsəlman Alimlər Birliyi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı etiraz bəyanatı yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda Donald Trampın qərarı bölgəni cəhənnəmə çevirəcək təhrikedici bir addımı kimi dəyərləndirilib.

Həmçinin dünya müsəlmanları hər həftənin cümə günləri dinc kütləvi mitinqlər keçirməyə çağırılıb:

“Bu qərar fələstinli və bütün müsəlmanları bütün gücləri ilə müqəddəsi şəhəri müdafiə etməyə sövq edəcək. Bütün ərəbləri də ABŞ-ın İslamın ilk qibləsinə istiqamətlənmiş bu qərarına qarşı kütləvi etirazlar etməyə çağırırıq”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə ilə İsrailin Qüdsü paytaxt elan etməsini qanunsuz hesab etmişdi. Donald Tramp bu qətnaməni pozaraq bu gün Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıdığınıelan edib.