Kütləvi kiberhücum başladı - Dünya təhlükədə

kutlevi-kiberhucum-basladi
Oxunma sayı: 641

Hakerlər “Petya” adlı virusla dünyanın nəhəng şirkətləri və dövlət qurumlarına kiberhücumlar etməyə başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu hücumdan zərər görən ilk ölkələr Rusiya və Ukrayna olub.

Belə ki, “Rosneft”, Ukrayna hökuməti, “Borispol” hava limanı və bəzi bankların elektron resurlarının fəaliyyətinə müdaxilə edilib.

Məlumata görə, hakerlərin hədəfindəki növbəti ölkələr İngiltərə, Fransa, İsrail və İspaniyadır.

Hücumların hansı ölkədən və kimlər tərəfindən edildiyi hələlik məlum deyil.