Küveyt selə təslim oldu - Video

kuveyt-sele-teslim-oldu
Oxunma sayı: 1828

Küveytdə yağan şiddətli leysan yağışları selə səbəb olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yollarda selə düşən insanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Su basan evlərdən isə onlarla insan xilas edilib.

Təbii fəlakətə görə ölkədə bir çox qurumda qeyri-iş günü elan edilib. Həmçinin, vəziyyət düzələnə qədər məktəblər bağlanıb.

Vətəndaşlara məcbur hallar istisna olmaqla evdən çıxmamaları tövsiyyə olunub.