Küveyt spikeri Azərbaycanda - Foto

kuveyt-spikeri-azerbaycanda
Oxunma sayı: 1982

Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıya səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mərzuq Əli əl-Ğanimi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.