Küveytli hakimlər Bakıya gəlir

kuveytli-hakimler-bakiya-gelir
Oxunma sayı: 650

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.

Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.