Kvekveskiri təsdiqlədi - Qazaxıstana gedir

kvekveskiri-tesdiqledi
Oxunma sayı: 648

“Qəbələ” ilə müqaviləsi başa çatan və Qazaxıstanın “Tobol” klubuna keçəcəyi deyilən gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri bunu qismən təsdiqləyib.

“Qafqazinfo”ya açıqlama verən futbolçu bunları deyib: 

“Sabah Qazaxıstana yollanacam. “Tobol”la müqavilənin detallarını müzakirə edəcəyik. Hələ heç nə dəqiqləşməyib. Amma bu kluba keçidim mümkündür. Görəcəyik nə baş verəcək”.